...

"Şəki Regional Enerji Təchizatı" elektrik sayğaclarının quraşdırılması ilə bağlı dövlət proqramını 92 faiz icra edib

Energetika Materials 18 Aprel 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / 2006-cı il mart ayında fəaliyyətə başlayan "Şəki Regional Enerji Təchizatı" elektrik sayğaclarının quraşdırılması ilə bağlı dövlət proqramını 92 faiz yerinə yetirib. Bu barədə müəssisənin direktoru Şaiq Qəribov məlumat verib. Qeyd edək ki, müəssisəyə Şəki, Zaqatala, Balakən, Qax və Oğuz rayonlarının regional şəbəkələri daxildir.

"Şəki Regional Enerji Təchizatı" cəmiyyətinin direktorunun sözlərinə görə, Zaqatala və Balakən rayonlarında fərdi elektrik sayğaclarının quraşdırılması işləri 100 faiz yerinə yetirilib. İstehlakçılar bu ilin birinci rübündə ötən ilki göstəricidən 50 milyon kilovatt az enerji sərf edib.

Birinci rübdə Şəki rayonunda 116 kilovatdan çox elektrik enerjisi istehsal olunub. "Şəki Regional Enerji Təchizatı"na daxil rayonlarda uzunluğu 5 min metr olan 0,4 kilovoltluq elektrik xətti çəkilib. Yaxın günlərdə isə köhnəlmiş 6-10 kilovoltluq xətlərdə və yarımstansiyalarda bərpa-təmir işləri başlayacaq.

Xəbər lenti

Xəbər lenti