...

"Shell Kazakhstan" şirkətinin işlər müdiri: "Burqas-Aleksandrupolis və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri arasında rəqabət görmürəm"

Energetika Materials 16 May 2007 14:13 (UTC +04:00)
"Shell Kazakhstan" şirkətinin işlər müdiri: "Burqas-Aleksandrupolis və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri arasında rəqabət görmürəm"

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/"Shell Kazakhstan Development"in işlər müdiri Martin Ferstl çərşənbə günü Burqas-Aleksandrupolis və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri arasında heç bir rəqabət görmədiyini bəyan edib. Belə ki, bunlar iki müstəqil marşrutdur.

Qeyd edək ki, Qazaxıstan KTK boru kəmərinin genişləndirilməsi hesabına Burqas-Aleksandrupolis vasitəsilə ildə 17 mln. tonadək neftin ötürülməsi üçün kvota əldə edə bilər.

Mayın 10-da Rusiyanın dövlət başçısı Vladimir Putin Burqas-Aleksandrupolis boru kəməri vasitəsilə Qazaxıstan neftinin əhəmiyyətli hissəsinin ixrac imkanını bəyan edib. 285 km uzunluqda olan gələcək Burqas-Aleksandrupolis neft kəmərinin mümkün ötürücülük qabiliyyəti ildə 35 mln. ton təşkil edəcək və ildə 50 mln. tonadək artırmaq imkanına malik olacaq.

Fəaliyyətdə olan BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometr təşkil edir. BTC-nin tikintisi 4 milyard dollara başa gəlib. Bu tikinti işlərinə olan xərclərdir. Borunun doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Maliyyə kreditinin ümumi məbləği 2,6 miylard dollar təşkil edir.

Ferstlın sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilkin dövrdə Azərbaycan neftini nəql edir, daha sonra isə Ceyhan limanına qədər Qazaxıstan neftini ötürəcək.

Hazırda BTC boru kəməri vasitəsilə "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan neft ötürülür. Qazaxıstanın "Kaşaqan" yatağında ilkin neft hasilatının başlanması ilə xammalın bir hissəsi BTC vasitəsilə ixrac olunacaq. "Kaşaqan" layihəsinin bir sıra xarici iştirakçıları Bakı-Ceyhan boru kəmərinin investorlarıdır və onun ötürücülük qabiliyyətində paya malikdir.

"Burqas-Aleksandrupolis Rusiya neftinə hesablanıb. Yalnız KTK boru kəməri vasitəsilə əldə olunan neft üçün hesablanmayıb. Buna görə də bu iki boru kəmərinin rəqib olacaqları məni narahat etmir" - deyə "Shell Kazakhstan Development"in işlər müdiri Ferstl bildirib.

O qeyd edib ki, bu gün əsas məsələ neftin dünya bazarlarına nəql olunması imkanıdır. "Hansı marşrutla - bu önəmli deyil" - deyə o bildirib.

KTK boru kəmərinin pasport gücü ildə 28 mln. ton neft təşkil edir. 2006-cı ildə boru kəməri vasitəsilə 31,1 mln. ton neft ötürülüb. Ötürülmənin artırılması boru kəmərində kimyəvi reagentlərin istifadəsi hesabına mümkün olub. 2006-cı ildə ötürülmüş ümumi neft həcminin 24,3 mln. tonu Qazaxıstandan, 7 mln. isə Rusiyadan ixrac olunub. KTK-nın ümumi layihə gücü layihənin son mərhələsində ildə 67 mln. ton neft təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti