...

Azərbaycan neftinin qiyməti: 4-8 iyun həftəsinin yekunları

Energetika Materials 11 İyun 2007 13:27 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 4-8 iyun həftəsinin yekunları

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/4-8 iyun mart həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $71,50/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,76/barr və ya 4 faiz çoxdur.

4-8 iyun həftəsindəAZERI LT neftinin maksimal qiyməti $68.57/barr, minimal qiyməti isə $63,97/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

4-8 iyun həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $66,93/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,33/barr və ya 5,2 faiz çoxdur.

4-8 iyun mart həftəsində URAL neftinin maksimal qiyməti $68,10/barr, minimal qiymət isə $66,30/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

4-8 iyun həftəsindəBrent Dated neftinin orta qiyməti $71,40/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,94/barr və ya 4,3 faiz çoxdur.

Brent neftinin maksimal qiyməti 69,13$/barr, minimal qiymət isə $67,69/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti