...

Klaipedos Nafta Odessa-Brodı-Qdansk neft kəmərinin tikintisinə kapital qoymaq niyyətindədir

Energetika Materials 6 İyul 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /Litvanın dövlətə məxsus Klaipedos Nafta neft terminalı Xəzər neftinin nəqli üçün kəmərin tikinti layihəsinə kapital qoymağa hazırlaşır. Bu barədə NewTimes.Ru-nun yazdığına görə, cümə axşamı Litva hökumətindən bildirilib.

Klaipedos Nafta Odessa-Brodı-Qdansk neft kəmərinin tikintisində iştirak edən Polşanın Sarmatia şirkətinə investisiya qoyacaq.

İyulun 5-də Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Litvadan olan energetika şirkətləri Varşavada kəmərin tikinti layhəsini müzakirə ediblər. May ayında keçirilən sammitdə hər 6 ölkə kəmərin tikintisi üçün birgə müəssisə yaradılması barədə razılığa gəlib.

Layihədə iştirak etmək marağını həmçinin ötən il Litvanın Mazeikiu Nafta NEZ səhmlərinin nəzarət paketini alan Polşanın Orlen PKN şirkəti də bildirib.

Xəbər lenti

Xəbər lenti