Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədr müavini Zaur Hüseynovun verdiyi məlumata görə, Bakı şəhərinin paylaşdırıcı şəbəkəsini idarə edən ASC yaxın zamanlarda elektrik enerjisi abonentləri tərəfindən istifadə olunan elektrik enerjisi sayğaclarının quraşdırılması pilot layihəsini başa çatdıracaq.
Britaniyanın "AMPY" şirkətinin istehsalı olan yeni sayğacların əsas fərqi GSM sistemindən istifadə etməklə abonentlərin sayğacları idarə edə bilməsi imkanıdır. Bu, abonentlərə balansı doldurmaq və digər xidmətlərdən istifadə etməyə imkan verəcək. Yeni sayğaclar (hazırkı sayğacların əvəz olunması nəzərə almaqla) abonentlər üçün "Bakıelektrikşəbəkə" tərəfindən quraşdırılacaq. Yeni abonentlər (yeni müəssisələr və digərləri) sayğacları öz hesablarına quraşdıracaqlar.
Həmçinin yeni sistem sayğacları məsafədən ("Bakıelektrikşəbəkə"də vahid mərkəzdən) idarə etməyə, şəbəkədə itkiləri aradan qaldırmağa, elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almağa imkan verir. Yeni sistemin daha bir üstünlüyü texniki vəziyyətə baxmayaraq sayğacların istənilən şəbəkədə quraşdırılması imkanıdır. Bu günə qədər Bakı abonentləri üçün müxtəlif istehlakçıların 103,150 min sayğacı quraşdırılıb. Onlardan 28,150 mini birfazalı, 75 mini isə üçfazalıdır.