...

Bakının bir neçə rayonunda elektrik enerjisinin kəsilməsi ilə nəticələnən qəza aradan qaldırılıb

Energetika Materials 2 Avqust 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bakının paylayıcı şəbəkələrində cümə axşamı saat 13:30-da baş vermiş qəza nəticəsində şəhərin mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb.

"Azərenerji" səhmdar cəmiyyətindən bildiriblər ki, enerjinin kəsilməsi 10 kilovoltluq xətlərdə yaranan qəza nəticəsində baş verib ki, bunlardan da biri "Sahil" metro stansiyasının yanında yerləşir.

Saat 16:00-dan sonra enerji təchizatı tamamilə bərpa olunub.

Xəbər lenti

Xəbər lenti