...

UEFA avtomobillərinin sığortasını “Atəşgah”a etibar edib

Maliyyə Materials 30 May 2019 17:58 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti və UEFA Avropa Liqası arasında sığorta haqqında müqavilə imzalanıb.
UEFA avtomobillərinin sığortasını “Atəşgah”a etibar edib

Bakı. Trend:

“Atəşgah” Sığorta Şirkəti və UEFA Avropa Liqası arasında sığorta haqqında müqavilə imzalanıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən UEFA “Atəşgah” SŞ-ni öz tərəfdaşı olaraq seçib.

Sığorta müqaviləsinə uyğun olaraq Avropa Liqasının final görüşü zamanı tədbirə cəlb olunan avtomobillərin 3-cü şəxslər qarşısında mülki məsuliyyət sığortasını “Atəşgah” SŞ. həyata keçirib. Qeyd edək ki, sığortanın ümumi dəyəri 90 000 000 avro təşkil edir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti