...

Fermerlərin kreditlərə çıxışı Azərbaycanda aqrar sektorun inkişafına təkan verəcək

Maliyyə Materials 5 Sentyabr 2019 16:39 (UTC +04:00)
Azərbaycan bankları kənd təsərrüfatı sektorunda yeni, innovativ kredit qiymətləndirmə sistemi sayəsində bu sahəyə daha çox kredit ayıra biləcək.
Fermerlərin kreditlərə çıxışı Azərbaycanda aqrar sektorun inkişafına təkan verəcək

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan bankları kənd təsərrüfatı sektorunda yeni, innovativ kredit qiymətləndirmə sistemi sayəsində bu sahəyə daha çox kredit ayıra biləcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bəyanatında deyilir.

AYİB bildirir ki, Azərbaycan aqrar sənaye kompleksində çox böyük potensiala malikdir, amma xüsusilə də ucqar rayonlarda etibarlı, uzunmüddətli və ucuz maliyyələşməyə çıxışın məhdud olması bu sektorun inkişafının qarşısını alır:

“Aqrar sənaye kompleksinə kreditlərin yeni qiymətləndirilməsi sistemi bu sahə üçün xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək”.

Bakıda Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminin (AzALES) təqdimatı zamanı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti bildirib ki, Aİ tərəfindən maliyyələşmə AzALES-in yaranmasında vacib rol oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti