...

S&P dünya ÜDM-in 2.4 faiz azalacağını proqnozlaşdırır

Maliyyə Materials 17 Aprel 2020 01:57 (UTC +04:00)
S&P dünya ÜDM-in 2.4 faiz azalacağını proqnozlaşdırır

Bakı. Trend:

Beynəlxalq S&P agentliyi dünya ÜDM-in 2020-ci ildə 2.4 faiz azalacağını proqnozlaşdırır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə agentliyin saytında xəbər verilib.

Mart ayının S&P proqnozunda dünya ÜDM-in 0.4 faiz artacağı, ABŞ və Avrozonanın iqtisadiyyatlarında isə müvafiq olaraq 1,3 faiz və 2 faiz azalma gözlənilirdi.

"COVID-19-un iqtisadi nəticələri uzanır və gözləniləndən daha çox intensivləşir, makroiqtisadi proqnozlarımızı yenidən endirdik. Bu il dünya ÜDM-in 2,4 faiz azalacağını proqnozlaşdırırıq, ABŞ və Avrozona iqtisadiyyatları isə müvafiq olaraq 5,2 və 7,3 faiz azalacaq", - məlumatda deyilir.

Agentlik dünya iqtisadi artımın 2021-ci il üçün 5.9 faiz, 2022-ci il üçün isə 3.9 faiz olacağını proqnozlaşdırır.

Təhlilçilər bildirir ki, hazırda yoluxan insanların sayında tədricən azalma müşahidə olunur və istiqamət sağalmağa doğrudur. Eyni zamanda, risklər balansı səhiyyə, iqtisadiyyat və siyasət sahəsindəki qeyri-müəyyənliklərə görə mənfi olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti