...

Dövlət büdcəsinə vergi daxilolmaları artıb

Maliyyə Materials 8 İyun 2020 20:42 (UTC +04:00)
Dövlət büdcəsinə vergi daxilolmaları artıb

Bakı. Eldar Canaşvili - Trend:

2020-ci ilin mayında Dövlət Gömrük Komitəsi Azərbaycan dövlət büdcəsinə 348,2 milyon dollar köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

May ayında gömrük rüsumları üzrə daxilolmalar 71,04 milyon manat və bütün daxilolmaların 20,4 faizi, ƏDV üzrə 263,45 milyon manat (75,6 faiz), aksizlər üzrə 10,66 milyon manat (3,1 faiz) və yol vergisi üzrə daxilolmalar 3,07 milyon manat (0,9 faiz) təşkil edib.

ƏDV üzrə daxilolmaların xalis çəkisi ilin əvvəlindən 7,6 faiz artıb, aksizlər üzrə daxilolmalar 2,8 faiz azalıb.

Ötən ilin mayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 20,3 faiz azalıb, ƏDV 15,2 faiz artıb, aksiz 2 dəfə azalıb, yol vergisi üzrə daxilolmalar 15,2 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti