...

Bitkoinin qiyməti 32 min dolları keçdi (ƏLAVƏ OLUNUB)

Maliyyə Materials 2 Yanvar 2021 23:11 (UTC +04:00)
Bitkoinin qiyməti 32 min dolları keçdi (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 33 min dolları keçib.

Trend-in məlumatına görə, bitkoinin dəyəri saat 22:54-də 13 faiz bahalaşaraq 33 006 dollar təşkil edib.

Beləliklə, bitkoinin qiyməti 33 min dolları keçməklə bu gün artıq dördüncü dəfə tarixi rekordu yeniləyib.

XXX

20:26

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 32 min dolları keçib.

Trend-in məlumatına görə, bitkoinin dəyəri saat 20:13-də 9,8 faiz bahalaşaraq 32 054 dollar təşkil edib.

Beləliklə, bitkoinin qiyməti 32 min dolları keçməklə bu gün artıq üçüncü dəfə tarixi rekordu yeniləyib.

XXX

18:04

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 31 min dolları keçib.

Trend-in məlumatına görə, bitkoinin dəyəri saat 17:43-də 6,02 faiz bahalaşaraq 31 284 dollar təşkil edib. Daha əvvəl saat 16:27-də bitkoinin qiyməti 2,7 bahalaşaraq 30 min dolları ötmüşdü - 30 195 dollar.

Qeyd edək ki, bitkoinin qiyməti 31 min dolları keçməklə tarixi rekordu yeniləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti