...

EMF Microfinance Fund “Bank Respublika”ya 5 milyon dollar həcmində subordinasiyalı kredit ayırıb

Maliyyə Materials 23 İyun 2021 09:37 (UTC +04:00)
EMF Microfinance Fund “Bank Respublika”ya 5 milyon dollar həcmində subordinasiyalı kredit ayırıb

Bakı. Trend:

Ölkəmizin ən iri kommersiya banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Bu dəfə Bank, Enabling Qapital şirkətinin vasitəçiliyi ilə 5 mln. dollar həcmində subordinasiyalı kreditin 8 il müddətinə Banka ayrılması barədə EMF Microfinance Fund Avropa investisiya şirkəti ilə yeni müqavilə imzalayıb.

Qeyd edək ki, son illərdə bu Bank Respublika ilə müqavilə bağlayan beşinci böyük beynəlxalq maliyyə təşkilatıdır. Bundan əvvəl Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO) və Frontera Capital təşkilatı Bankla müqavilə imzalamışdır. Bu isə, beynəlxalq maliyyə qurumları tərəfindən “Bank Respublika”nın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimadından xəbər verir.

Bankdan verilən məlumata görə, imzalanmış müqavilə çərçivəsində ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək.

Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti