...

Azərbaycanda istehsal olunan məhsulun və göstərilən xidmətlərin həcmi açıqlanıb

Maliyyə Materials 24 Avqust 2021 13:41 (UTC +04:00)
Azərbaycanda istehsal olunan məhsulun və göstərilən xidmətlərin həcmi açıqlanıb

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ilin birinci yarısında Azərbaycanda 23,3 milyard manat məbləğində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Bu barədə Trend-ə Mərkəzi Bankdan bildiriblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox olub.

Hesabat dövründə məhsul və xidmətlərin 96 faizdən çoxu özəl sahibkarlıq subyektlərinin, o cümlədən 48 faizi fərdi sahibkarların payına düşüb.

Mərkəzi Bankın məlumatlarına əsasən, bu ilin birinci yarısında adambaşına düşən istehlak xərcləri 387,7 manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 5,5 faizi çoxdur.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti