...

Yelo Bankdan komissiyasız mikrokredit

Maliyyə Materials 29 Mart 2022 14:58 (UTC +04:00)
Yelo Bankdan komissiyasız mikrokredit

Bakı. Trend:

Yelo Bank-ın mikro biznes sahibləri üçün kampaniyasından faydalanmağa tələsin, çünki bitməyinə 3 gün qaldı. Kampaniya çərçivəsində məbləğindən asılı olmayaraq mikro kredit 0% komissiya ilə təklif olunur. Yelo Bank-da mikro biznes kreditlərinin birbaşa karta köçürülmə imkanı da var. Bunun üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almağınız və krediti rəsmiləşdirməyiniz kifayətdir. Növbəti kredit məbləği üçün banka gəlməyə ehtiyac olmayacaq, vəsait birbaşa kartınıza köçürüləcək.

Bankın hədiyyə etdiyi mikro biznes kartı sizə hansı üstünlükləri qazandıracaq?

  • 100 000 AZN-dək kredit götürmə imkanı
  • 12 ayadək güzəşt müddəti
  • Çevik sənədləşmə
  • Ödəniş planını öz biznesinizə uyğun seçmək imkanı

Bu, hələ hamısı deyil: kreditin rəsmiləşdirilməsi zamanı şərti girov və ya evə baxış tələb olunmur. Sığorta və hesabın açılması kimi hər hansı əlavə xərc də yoxdur.

Həmçinin fond vəsaiti hesabına (AKİA, SİF) illik cəmi 5%-dən başlayan biznes kreditləri də almaq mümkündür. Bu kreditlərin maksimal məbləği 10 milyon manatdır.

Kampaniyanın keçərli olduğu son gün: 31 mart, 2022

Daha ətraflı: https://bit.ly/ylpqrh

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti