Bakı. Trend:
"MuğanBank"ın bütün ölkə ərazisindəki bankomatları fəaliyyətini dayandırıb.
Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bankomatların fəaliyyətinin dayandırılması sistemin yenilənməsi ilə əlaqədar profilaktik işlərlə bağlıdır.
Bankdan verilən məlumata görə, hazırda vəsaitləri yalnız digər banklara məxsus bankomatlarda nağdlaşdırmaq mümkündür.
Bundan başqa, təminatsız nağd pul kreditlərinin verilməsi dayandırılıb.
Qeyd edək ki, "Muğanbank" ASC 1992-ci ildə yaradılıb. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olmuşdur. “Muğanbank” ASC əsasən əhali, kiçik və orta müəssisələrə fokus edən Respublikanın regional mərkəzlərində yerləşən filial şəbəkəsi olan kiçik və orta sahibkarlıq yönümlü universal bank kimi fəaliyyətini davam etdirməklə bazar mövqeyini getdikcə gücləndirməyi hədəfləyir.