...

Gələn il Şuşada "PAŞA Bank"ın filialı açılacaq

Maliyyə Materials 20 Oktyabr 2023 13:04 (UTC +04:00)
Gələn il Şuşada "PAŞA Bank"ın filialı açılacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Şuşada "PAŞA Bank" ASC-nin filialı açılacaq.

Trend xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bankın 2023-cü ilin birinci yarısı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

"Filialın tikintisi 2024-cü ilin aprel ayında başa çatmalıdır", - deyə o qeyd edib.

"Filialın yerləşəcəyi tikintisi gələn ilin aprel ayında başa çatacaq. Filialın heyəti yerli sakinlərdən təşkil olunacaq bu istiqamətdə artıq işlər görülür", - deyə o əlavə edib.

A.Kərimov həmçinin, "PAŞA Bank"ın 2025-ci ildə Lənkəranda filial açmağı planlaşdırdığını bildirib.

Xatırladaq ki, "PAŞA Bank" ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərin həcminə görə ölkənin ilk sıradakı üç bankından biridir.

Qeyd edək ki, bank 2023-cü ili 200 milyon manata yaxın xalis gəlirlə yekunlaşdırmağı proqnozlaşdırır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti