Bakı. Trend:
Bankların dollar satışı üzrə müəyyənləşdirdiyi limit çirkli pulların yuyulmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Trend çərşənbə günü xəbər verir ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
"Hazırda banklarda xarici valyuta alışı satışı ötüb. Bu il xarici valyutaya tələbatın həddən artıq olması Azərbaycan manatına etimadın artması cari əməliyyatlar balansının profisiti ilə bağlıdır. Bankların çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində tətbiq etdiyi 20 min manat ekvivalentində xarici valyuta satın alma qaydasının tətbiqinin xarici valyutaya tələbatı azaltması ilə bağlı iddialarla razı deyilik.
Hər bir vətəndaş vəsaitin mənbəyini qeyd etməklə 20 min manata ekvivalent məbləğdə xarici valyuta əldə edə bilər. Rəqəmlər bankların valyuta alışına dair qaydalarının əhali tərəfindən dollar alışını məhdudlaşdırdığını təsdiqləmir", - deyə o qeyd edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)