...

AİB Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artımla bağlı proqnozlarını yenidən nəzərdən keçirib

Maliyyə Materials 10 Dekabr 2025 11:30 (UTC +04:00)
AİB Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artımla bağlı proqnozlarını yenidən nəzərdən keçirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirərək, 2025-ci il üçün 5,8 faizədək, 2026-cı il üçün isə 5 faizədək artırıb.

Trend xəbər verir ki, bu göstəricilər “Asian Development Outlook” (ADO) hesabatının sentyabr qiymətləndirmələrində müvafiq olaraq 5,5 faiz və 4,9 faiz təşkil edirdi.

“Hesabatda qeyd olunur ki, proqnozun artırılması Qazaxıstanda gözləniləndən daha güclü iqtisadi fəallıqla əlaqədardır. Subregionun əksər ölkələrində 2025-ci ilin üçüncü rübündə artım gözləntiləri üstələyib. Bu, dövlət investisiyalarının, pul köçürmələrinin artması, dayanıqlı daxili tələbat və sabit makroiqtisadi şərait fonunda baş verib”, – hesabatda qeyd edilir.

Bundan əlavə, AİB Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya proqnozunun da artırıldığını bildirir: cari il üzrə 7,7 faizdən 8 faizə, 2026-cı il üzrə isə 6,6 faizdən 7,1 faizə qaldırılıb.

“Proqnozun yenilənməsi Qazaxıstan və Qırğızıstanda artan inflyasiya təzyiqi ilə bağlıdır. Bu təzyiq ərzaq və xidmətlərin bahalaşması, kommunal xidmət tariflərinin artırılması və milli valyutaların zəifləməsi nəticəsində formalaşıb. Qazaxıstanda inflyasiya kommunal xidmət tariflərinin davamlı artımı fonunda 11,2 faizə yüksəlib və bu, 2026-cı il üçün proqnozun 9,5 faizə qədər artırılmasına səbəb olub. Qırğızıstanda inflyasiyanın sürətlənməsi ərzaq, nəqliyyat və kommunal xidmətlərin qiymətlərinin artması ilə izah edilir. Tacikistanda isə proqnoz əksinə, idxal inflyasiyasının mülayimləşməsi, vergilərin azaldılması və əmək bazarının zəifləməsi nəticəsində aşağı salınıb ki, bu da 2026-cı ildə daha yumşaq dinamikanın qorunacağını göstərir. Ermənistanda, Azərbaycanda, Gürcüstanda, Türkmənistanda və Özbəkistanda isə düşünülmüş iqtisadi siyasət və xammal bazarlarında sabit qiymətlər fonunda inflyasiya nəzarətdə qalır”, – sənəddə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti