...

Artıq iqlim dəyişikliklərinin fəsadları ilə üzləşirik - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 12:16 (UTC +04:00)
Artıq iqlim dəyişikliklərinin fəsadları ilə üzləşirik - Muxtar Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq iqlim dəyişikliklərinin fəsadları ilə üzləşirik.

Trend xəbər verir ki, bu barədə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“Çaylarda sululuğun azalmasının Xəzərdə suyun azalmasına ciddi təsirləri oldu. Bu kimi məsələlərin müzakirəsi yeni imkanlar yaradacaq. COP29 çərçivəsində sözügedən məsələlərin müzakirəsi aparılacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti