...

Azərabaycanın mobil rabitə operatoru öz abunəçilərini 17-18 aprel tarixində gecə və səhər rabitədə yaranacaq mümkün çətinliklər barədə xəbərdarlıq edir

Telekommunikasiya Materials 16 Aprel 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend /Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom öz abunəçilərini aprelin 17-18-də gecə və səhər saatlarında rabitədə baş verəcək müvəqqəti çətinliklərə görə xəbərdarlıq edir. Bu barədə şirkətin məlumatında bildirilir.

Bu operatorun şəbəkəsinin təkmilləşdirlməsi ilə bağlı işlərlə əlaqədardır.

Şirkət müəyyən dövri olaraq rabitənin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə analoji işlər aparır.

"AzercellTelecom"un abunçəçilərinin sayı üç milyonu təşkil edir. "AzercellTelecom" MMC 1996-cı il yanvarın 19-u təsis edilib. "AzercellTelecom" Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (35,7%) və "Fintur Holdings BV"in (64,3%) birgə müəssisəsidir. "Fintur Holdings BV"in səhmlərinin 58,55%-i "TeliaSonera", 41,45%-i isə "Turkcell" şirkətlərinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti