...

RİTN İT gəlirlərinin neft sektorundakı gəlirlər səviyyəsinə çatacağını real hesab edir

Telekommunikasiya Materials 21 Aprel 2008 14:23 (UTC +04:00)
RİTN İT gəlirlərinin neft sektorundakı gəlirlər səviyyəsinə çatacağını real hesab edir

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.Babayeva/ Azərbaycanda rabitə və informasiyasektoru üzrə gəlirlərin artımına dair proqnozların neft gəlirləri səviyyəsinə çatması tamamilə realdır. Bu barədə ölkənin rabitə və informasiya texnologiyaların (RİTN) nazirinin müavini Elmir Vəlizadə "ANSPRESS" İnternet-forumunda suallara cavab verərkən bildirib.

"Hələ bir neçə il əvvəl Ümumdünya Ticarət Təşkilatı nəzdində fəaliyyət göstərən Mərkəz ölkəmizdə belə potensialın mövcud olduğunu bəyan etmişdi", - deyə o bildirib.

RİTN-nin hesablamalarına görə, ölkədə regional innovasiya zonasının (RİZ) yaradılması üzrə layihə rabitə sahəsində gəlirlərin 2012-ci ilə qədər 4 mlrd. dollar, 2018-2020-ci illərdə isə 10-12 mlrd. dollar təşkil edərək neft gəlirləri səviyyəsinə çatmasına imkan verəcək və gələcəkdə də artmaqda davam edəcək.

RİZ layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparklar, elektron avadanlıqlar və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazaların yaradılması, ölkənin əlverişli informasiya mərkəzinə (Data Centre) çevrilməsi və müxtəlif sahələrdə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutur.

Vəlizadə hesab edir ki, bu gün Azərbaycanda İT sahəsindən yüksək gəlirlərin əldə edilməsi üçün əlverişli şərait yaranıb.

"Azərbaycan şirkətləri kompyuter avadanlıqları istehsal edir, həm regionlarda, həm də beynəlxalq arenada proqram məhsulları və offşor prqramlaşdırma həyata keçirir", - deyə nazir müavini bildirib.

Dövlət idarəsi nümayəndəsinin rəyinə görə, bütün bunlar ölkənin imkanlarını əks etdirir.

Xəbər lenti

Xəbər lenti