Azərbaycan, Bakı, 26 sentyabr / Trend / ULTRA Computers Azərbaycan şirkəti bu günlərdə Aşqabadda keçirilən "Turkmentel 2008" sərgisində iştirak edir, - ölkənin Rabitə və Informasiya Texnologiyaları Naziriliyi xəbər verib.
Şirkətin stendində "elektron məktəb" və "elektron imza" layihələri və eləcə də NEXUS-un yeni modelləri üzrə yeniliklər təqdim edilib.
Sərgidə fəaliyyət göstərən bölmələr: telekommunikasiya, informasiya texnologiyaları, telemetriya və ölçü avadanlıqlar, simsiz rabitə, televiziya avadanlığı və s.
Sərgi çərçivəsində elmi-praktik konfrans da keçirilir.
"Turkmentel 2008" sərgisinin təşkilatçısı Türkmənistanın Rabitə Naziriliyi və Ticarət-Sənaye Palatasıdır.