Azərbaycan, Bakı, 18 fevral / Trend / "Azercell Telekom" MMC Danimarkanın "Sonofon" mobil rabitə şirkəti ilə Beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib", - şirkətin məlumatında deyilir.
Azercell Telekom 2007-ci ilin aprel ayında beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hazırda ona 35 ölkədə 42 mobil şəbəkə operatoru qoşulub.
Operator indiyə kimi 71 ölkənin 169 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abunəçi yalnız digər "Azercell" abunəçiləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adı çəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.
Azercell Telecom-un abunəçilərinin sayı 3,5 milyon nəfəri ötüb.