...

Rusiya-Azərbaycan birgə müəssisəsi transsərhəd optiklifli magistralın inşasına başlayıb

Telekommunikasiya Materials 10 İyul 2009 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir H.Vəliyev /

"Azərtelekom" (Azərbaycan) və "Sinterra" (Rusiya) şirkətlərinin yaratdığı Rusiya-Azərbaycan birgə müəssisəsi (BM) Rusiya ilə Azərbaycan arasında transsərhəd optiklifli keçidin layihələşdirilməsinə və inşasına başlayıb. Bu barədə Trend -a "Sinterra" şirkətlər qrupunun mətbuat katibi Yekaterina Andreyeva məlumat verib.

Andreyevanın sözlərinə görə, optiklifli magistralın salınması Rusiya Azərbaycan sərhədində, Dərbənd-Quba ərazisində operatorların telekommunikasiya strukturunun birləşdirilməsinə imkan verəcək. Tərəfdaşlardan hər biri öz ərazisindən sərhədə qədər şəbəkəni yaradacaq. Keçid bazasında ilkin keçiricilik qabiliyyəti 10 Gb/san. olan beynəlxalq rabitə xətti yaradılacaq.

Andreyeva həmçinin qeyd edib ki, verilmiş tapşırığın həyata keçirilməsi iki milli operatorun Azərbaycan və Rusiya, eləcə də Xəzəryanı regionun qonşu ölkələrinin bazarlarında coğrafi iştirakını genişləndirməyə imkan verəcək.

BM-in yaradılması üçün sənədlər bu ilin mayında imzalanıb. BM-in təsisçiləri Azərbaycan tərəfdən "Azərtelekom", Rusiya tərəfindən isə "Sinterra" QSC milli rabitə operatorudur. Təsis sənədlərinə görə, "Azərtelekom" və "Sinterra" BM-in səhm kapitalının 50 faizini alıb. Hazırda BM-in brendinin hazırlanması gedir.

İkitərəfli əməkdaşlıq məsələsi tərəflər arasında iyulun 6-da müzakirə olunub. Görüşdə BM-in nizamnaməsi, BM rəhbərliyi vəzifəsinə namizədlərin məsələsi, eləcə də tərəfdaşların gələcək planları müzakirə olunub. 

BM-in inkişaf istiqamətlərindən biri yerli teleşirkətlər və İP operatorların rəqəmsal videokontenə girişini, eləcə də Rusiya kanallarının Azərbaycanda istehsal olunan kontenə girişini təmin etməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti