...

"Xalq kompyuteri" adlı pilot layihənin birinci mərhələsi başa çatır

Telekommunikasiya Materials 23 İyul 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir Q.Vəliyev /

"Xalq Kompyuteri" adlı pilot layihə çərçivəsində iki mindən çox kompyuter satılıb, bu barədə cümə axşamı Trend -a Bestcomp Group şirkətinin baş direktoru Rauf Həsənov bildirib.

Onun sözlərinə əsasən, yaxın zamanlarda layihənin birinci mərhələsinin həyata keçirilməsi müddəti başa çatır, bununla əlaqədar olaraq onun sonrakı reallaşması barədəki məsələyə baxılması gözlənilir. 

Reallaşması dörd ay müddətinə nəzərdə tutulan pilot layihəyə aprelin əvvəlində start verilib. "Xalq kompyuteri" layihəsi çərçivəsində təklif olunan kompyuterlər hazırda təkcə müəlllimlər üçün nəzərdə tutulub. Layihə kompyuterlərin 12 ay müddətinə faizsiz kredit ilə bazar qiymətindən 25-40 faiz aşağı qiymətə təqdim olunmasını nəzərdə tutur. Layihə Microsoft və HP şirkətlərinin iştirakı ilə həyata keçirilir. Texnikanın tədarükü HP-nin yerli tərəfdaşı Bestcomp Group tərəfindən həyata keçirilir. 

Layihə çərçivəsində HP şirkəti beş min mini-not (MiniNote), noutbuk və kompyuterlər ayırıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti