...

Bakıda GSM/GPRS POS terminallar quraşdırılacaq

Telekommunikasiya Materials 26 Oktyabr 2009 11:03 (UTC +04:00)
Yaxın günlərdə ictimai yerlərdə və Bakının pərakəndə satış obyektlərində mobil GSM/GPRS POS terminalları quraşdırılacaq. Bu barədə Mobiltim şirkətinin marketinq departamentinin rəhbəri Fateh Meral Trend Capital-a deyib.
Bakıda GSM/GPRS POS terminallar quraşdırılacaq

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir H.Vəliyev/

Yaxın günlərdə ictimai yerlərdə və Bakının pərakəndə satış obyektlərində mobil GSM/GPRS POS terminalları quraşdırılacaq. Bu barədə Mobiltim şirkətinin marketinq departamentinin rəhbəri Fateh Meral Trend -a deyib.

Onun sözlərinə görə, bu gün mobil POS terminallarAzərbaycan prosesinq mərkəzlərində uğurla sınaqdan keçirilib. Onların quraşdırılmasına Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən maraq var.

Mobil POS terminallar yüksək iş sürətinə malikdir. Proqramlaşdırılmış təhlükəsizlik modullu terminal bütün idarəetmə sxeminə adaptasiyaya imkan yaradır. Qurğu demək olar ki, hər yerdə plastik kart xidmət mərkəzlərinin yerləşdirilməsinə imkan yaradır.

Rabitə xidmətləri Azercell Telecom mobil operatoru vasitəsilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti