...

Azercell şirkəti 3G xidməti üzrə lisenziyanı yaxın vaxtlarda alacaq - nazir

Telekommunikasiya Materials 11 Dekabr 2009 13:05 (UTC +04:00)
Azercell Telecom-la (Azərbaycanın ən iri mobil rabitə operatoru) 3G standartında göstərilən xidmətə lisenziya verilməsinə dair aparılan danışıqlar göstərdi ki, kampaniyanın təqdim etdiyi sənədlər mövcud tələblərə müvafiq deyil, cümə günü rabitə və informasiya texnologiyası naziri Əli Abbasov deyib.
Azercell şirkəti 3G xidməti üzrə lisenziyanı yaxın vaxtlarda alacaq - nazir

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir H. Vəliyev/

Azercell Telecom-la (Azərbaycanın ən iri mobil rabitə operatoru) 3G standartında göstərilən xidmətə lisenziya verilməsinə dair aparılan danışıqlar göstərdi ki, kampaniyanın təqdim etdiyi sənədlər mövcud tələblərə müvafiq deyil, cümə günü rabitə və informasiya texnologiyası naziri Əli Abbasov deyib.

"Güman edirəm ki, tələb olunan sənədlər Azercell tərəfindən hazırlanandan sonra onlara da həmçinin lisenziya veriləcək. Bu ən yaxın vaxtlarda baş verəcək", - Abbasov deyib.

Onun sözlərinə görə, hazırda həmçinin Bakcell şirkətinin də 3G lisenziyası ilə bağlı müraciətinə baxılır.

Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir - Azercell, Bakcell Azerfon. Sonuncu artıq lisenziya alıb və bu ilin sonuna kimi 3G standartında xidmət göstərmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti