...

Azerfon-Vodafone 2009-cu ildə texnologiyalar sahəsində lider elan edilib

Telekommunikasiya Materials 24 Fevral 2010 12:34 (UTC +04:00)
Hər il Business Time jurnalı tərəfindən biznes sahəsində keçirilən Azeri Business Award Milli Mükafat çərçivəsində fevralın 20-də Buta Palace-da qaliblərin mükafatlandırılması üzrə növbəti mərasim təşkil olunub. Bu barədə Azerfon şirkətindən məlumat verilib.
Azerfon-Vodafone 2009-cu ildə texnologiyalar sahəsində lider elan edilib

Azərbaycan, Bakı, 24 fevral / Trend /

Hər il Business Time jurnalı tərəfindən biznes sahəsində keçirilən Azeri Business Award Milli Mükafat çərçivəsində fevralın 20-də Buta Palace-da qaliblərin mükafatlandırılması üzrə növbəti mərasim təşkil olunub. Bu barədə Azerfon şirkətindən məlumat verilib.

Azərbaycanda 3G - "üçüncü nəsil" şəbəkəsinin tətbiqi, yeni genişləndirilmiş imkan və xidmətlər, yüksək keyfiyyətli rabitə, həm Azərbaycanda, həm də xaricdə əhatə şəbəkəsinin günbəgün artması, eləcə də çoxsaylı unikal məhsulların sayəsində Azerfon-Vodafone brendi milli mükafata layiq görülüb və yüksək texnologiyalar sahəsində lider elan edilib.

Mükafatın rəsmi təqdimat mərasimində Azerfon-Vodafone şirkətinin kommersiya direktori Leyla Nəsrullayeva göstərilən diqqətə və zəhmətə verilən qiymətə görə təşəkkürünü bildirib. "2009-cu ildə Azerfon-Vodafone brendinin buraxılması Azərbaycanda 3G texnologiyasının tətbiqinə və dünya telekommunikasiya sektorunda lider olan Vodafone şirkətinin təcrübəsinə əsaslanıb. Bu nailiyyətlər telekommunikasiya sahəsində yeni mərhələdir və bunun sayəsində Azərbaycan abonentləri ən qabaqcıl xidmətlərdən istifadə edə bilər".

Qeyd etmək lazımdır ki, bütün dünyada məşhur olan Brand Finance jurnalının yekunlarına görə, Vodafone şirkəti telekommunikasiya sahəsində birinci, brend dəyərlərinin inkişafı sahəsində yeddinci yeri tutur. Azerfon və Vodafone-nun əməkdaşlığının nəticəsində yüksək texnologiyaların bütün standartlarına uyğun olan yeni brend buraxılıb. 3G xidmətləri (videozəng, yüksək sürətli internet və s.), həmçinin sərfəli rouminq tarifləri abonentlər tərəfindən böyük maraqla qarşılanıb. Əlavə məlumatı www.azerfon-vodafone.com saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti