...

2010-cu ildə "Azercell Telecom" 70 milyon manat həcmində investisiya qoyacaq

Telekommunikasiya Materials 19 Mart 2010 17:13 (UTC +04:00)
"Azercell Telecom" MMC mobil rabitə operatoru 3G standartı üzrə xidmətlərin göstərilməsi üçün lisenziya almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.
2010-cu ildə "Azercell Telecom" 70 milyon manat həcmində investisiya qoyacaq

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir H.Vəliyev/

"Azercell Telecom" MMC mobil rabitə operatoru 3G standartı üzrə xidmətlərin göstərilməsi üçün lisenziya almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Bunu cümə günü Azercell-in prezidenti Əli Ağan deyib.

"Bu sistem tətbiq edildikdən sonra Azercell-in mövcud abonentlərinin bütün nömrələri 3G rabitə standartına qoşulacaq. Yeni standarta keçmək üçün rabitə abonentləri SMS göndərməli olacaqlar", - Ağan deyib.

Bu il şirkət həmçinin 3G bazasında yeni xidmətlərin buraxılmasını planlaşdırır.

Ağanın sözlərinə görə, bu il Azercell şirkətinin Azərbaycanın telekommunikasiya sektoruna investisiyalarının həcmi 70 milyon manat təşkil edəcək.

Bu il şirkət Azərbaycanda 10-dan çox yeni ofisin açılmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti