...

Azərbaycanın Vergilər Nazirliyi vergi ödəyiciləri üçün elektron ödəmə sistemi tətbiqinin imkanlarını nəzərdən keçirir

Telekommunikasiya Materials 15 Aprel 2010 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Vergilər Nazirliyi vergi ödəyiciləri üçün elektron ödəmə sistemi tətbiqinin imkanlarını nəzərdən keçirir. Bu barədə nazirliyin rəsmi çap orqanı olam "Vergilər" qəzetində deyilir.

Həmin sistemin tətbiq edilməsi üçün nazirlik Millikard prosessinq şirkəti və SilverKey Technologies şirkəti ilə danışıqlar aparır.

Həmin layihənin reallaşdırılması vergi ödəyicilərinə dövlət büdcəsinə ödəməni internet şəbəkəsi vasitəsilə həyata keçirməyə imkan verəcək.

İnternet vasitəsilə bank kartları ilə ödəmə transaksion xərcləri və dövlət büdcəsində pul vəsaitlərinin toplanması ilə bağlı xərclərin minimallaşdırılmasına imkan verəcək.

Əsas vəzifəsi bank kartları ilə ödəmə imkanları təqdim etmək olan prosessinq mərkəzi bank-emitent kartlar, bank-akvayerlər, ticarət məntəqəsi və bank kartı sahibləri arasında hesabları əlaqələndirir.

Öz növbəsində onlayn ödəmə xidməti provayderi təqdim edilən xidmətə görə ödəməni internet vasitəsilə plastik kart vasitəsilə həyata keçirməyə imkan verir. Təhlükəsizliyin yüksəldilməsi üçün internet-transkasion 3DSecure emalı protokolundan istifadə edilir. 3Dsecure texnologiyası ödəmə təhlükəsizliyinin qabaqcıl standartlarındandır və dələduzluq təhlükəsini sıfıra endirir.

3Dsecure protokolu internet vasitəsilə əməliyyatlar həyata keçirən müştərilərin vəsaitlərinin müdafiəsi məqsədilə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti