...

Azərbaycanın Rabitə Nazirliyi "Elektron hökumət"in formalaşdırılmasına dair koordinasiya şurasının yaradılması haqqında qərar qəbul edib

Telekommunikasiya Materials 4 İyun 2010 20:25 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2010-2011-ci illərdə Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması üzrə fəaliyyət proqramının icrası üçün tərkibində dövlət orqanlarının nümayəndələri olan koordinasiya şurasının formalaşdırılması haqqında qərar qəbul edib.
Azərbaycanın Rabitə Nazirliyi "Elektron hökumət"in formalaşdırılmasına dair koordinasiya şurasının yaradılması haqqında qərar qəbul edib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2010-2011-ci illərdə Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması üzrə fəaliyyət proqramının icrası üçün tərkibində dövlət orqanlarının nümayəndələri olan koordinasiya şurasının formalaşdırılması haqqında qərar qəbul edib. Bu barədə nazirliyin məlumatında deyilir.

Qərar nazirlikdə baş tutan və fəaliyyət proqramının icrasına həsr olunan birinci iclasda qəbul olunub. Nazirlər Kabinetinin qərarına əsasən, fəaliyyət proqramının orqan-koordinatoru rolunda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edəcək.

İştirakçılar dövlət orqanları arasında qarşılıqlı əlaqə, proqramın bəndlərinin həyata keçirilməsi mexanizmləri və onun əsas istiqamətlərini, yəni normativ hüquqi bazanın formalaşdırılmasını, dövlət idarəçiliyində İKT-nin (informasiya və kommunikasiya texnologiyaları) tətbiqini, elektron hökumət infrastrukturunun əsas komponentlərinin yaradılmasını, dövlət sektorunda elektron xidmətlərin tətbiqini və inkişafını, İKT sahəsində olan mütəxəssislərin hazırlıq dərəcəsinin yüksəldilməsini, elektron hökumət ifrastrukturunun təhlükəsizliyini və ölkədə olan "rəqəmsal fərq"in azaldılmasını müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti