...

"Nokia" korporasiyası Azərbaycanda regional ofisini açmağı planlaşdırır

Telekommunikasiya Materials 12 İyul 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir H.Vəliyev/

"Nokia" korporasiyası üçüncü rübün sonlarınadək Azərbaycanda regional ofisini açmağı planlaşdırır. Bu barədə Trend-ə bazar ertəsi "Mobitel" şirkətindən (Nokia-nın Azərbaycandakı rəsmi distribüteri) məlumat verilib.

Şirkətdən bildirildiyinə görə, ofisin açılması "Nokia"nın mövqelərinin möhkəmləndiyini və Azərbaycan bazarında məhsullarının irəliləyişi və inkişafının uzunmüddətli planlarının olduğunu sübut edir.

Şirkətin ofisinin açılması öz tərəfdaşlarına yaxın olmaq niyyəti güdür ki, bu da istehlakçıların üstünlük verdikləri dəyişikliklərə operativ reaksiya verməyə imkan verir.

"Nokia" şirkətinin MDB-nin cənub ölkələrində marketinq üzrə direktoru Ruslan Beisovun bir az əvvəl Trend-ə bildirdiyinə görə, Azərbaycan "Nokia" şirkəti üçün mobil telefon bazarının qətiyyətlə artdığı Orta Asiya və Qafqaz regionunda əhəmiyyətinə görə ikinci ölkədir.

Şirkətin azərbaycanlı istehlakçılar üçün reallaşdırdığı önəmli layihələrdən biri Azərbaycan üçün tam funksiyalı naviqasiya xəritəsinin işlənməsidir.

Bu günə Azərbaycanın yalnız əsas magistral yollarının və yaşayış məntəqələrinin göstərildiyi naviqasiya xəritəsi natamam işlənilib.

Beisovun sözlərinə görə, üçüncü rübdə "Nokia" Qazaxıstan üçün naviqasiya xəritəsini rəsmən buraxacaq. Daha sonra plana uyğun olaraq şirkət ciddi şəkildə Azərbaycanın naviqasiya xəritəsinin reallaşdırılması ilə məşğul olacaq.

"Nokia" şirkəti Ovi kartlarının yeni versiyasında "Nokia" smartfonları üzrə avtomobil və piyada naviqasiyalarının bütün servislərini pulsuz təqdim edir. Kartları şirkətin rəsmi saytından yükləmək mümkündür. Naviqasiyalardan istifadə zamanı rabitə xidmətləri tədarükçüsünün internet-trafikinin haqqı ödənilir.

Ovi kartlarının yeni versiyasına piyada və avtomobil naviqasiyalarının bütün funksiyaları, 46 dildə 74 ölkə üçün səsli müşayiət, 10-dan artıq ölkədə yol hərəkətinin vəziyyəti barədə məlumat, eləcə də 180-dən artıq ölkənin ətraflı xəritəsi daxildir.

Xəbər lenti

Xəbər lenti