...

Azərbaycanda nömrələrin köçürülməsi xidmətlərinin tətbiqi gözlənilir - nazir müavini

Telekommunikasiya Materials 7 Sentyabr 2010 14:11 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın günlərdə müvafiq strukturlara nömrələrin köçürülməsi xidmətlərinin tətbiqi qaydalarının son variantını təsdiq olunmaq üçün təqdim edəcək. Bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.
Azərbaycanda nömrələrin köçürülməsi xidmətlərinin tətbiqi gözlənilir - nazir müavini

Azərbaycan,Bakı, 7 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın günlərdə müvafiq strukturlara nömrələrin köçürülməsi xidmətlərinin tətbiqi qaydalarının son variantını təsdiq olunmaq üçün təqdim edəcək. Bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, hüquqi bazanın yaradılmasından sonra, bu xidmətin yayılması barədə qəti qərar qəbul olunacaq.

"Bu günə əsas məsələ nömrələrin köçürülməsi xidmətinin tətbiqi məsələsini nizamlayan hüquqi baza və xüsusi qaydaların olmasıdır. Bu gün bu məsələ operatorlarla ətraflı müzakirə olunub. Güman edirəm, operator şəbəkələrində bu xidmətin tətbiqi ilin sonuna qədər gerçəkləşəcək", - Məmmədov deyib.

Nazir müavininin sözlərinə görə, xidmətin tətbiq olunması bilavasitə operatorların maraqlarına toxunacaq, nəticə isə istifadəçilər üçün əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti