...

Azərbaycan Maliyyə Nazirliyi avtomobil sığortasına dair bazanın yaradılması üçün proqram təminatının hazırlanması üzrə tender elan edib

Telekommunikasiya Materials 29 Oktyabr 2010 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsi avtonəqliyyat vasitələrinin sığortasına dair informasiya bazasının yaradılması üçün proqram təminatının hazırlanması üzrə tender elan edib. Bu barədə cümə günü nazirliyin tender komissiyasından verilən məlumatda deyilir.

Tenderdə iştirakın məbləği 500 manat təşkil edir.

İştirakçıların tender təklifləri 14 dekabr 11:00-dək qəbul olunur. Tender proseduru 15 dekabr saat 11:00-da nazirliyin inzibati iclasında təşkil olunacaq.

Tender haqqında əlavə məlumatı aşağıdakı telefon nömrələrindən əldə etmək olar: 404-46-99 (daxili 385)

Xəbər lenti

Xəbər lenti