...

Bakıda kitabxana fəaliyyətinin avtomatlaşdırılması üzrə nəzəri və təcrübi kurslar keçiriləcək

Telekommunikasiya Materials 14 Dekabr 2010 14:17 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları və Mədəniyyət və Turizm nazirliklərinin mütəxəssisləri kitabxana fəaliyyətinin avtomatlaşdırılması üzrə nəzəri və təcrübi kurslar aparacaq.
Bakıda kitabxana fəaliyyətinin avtomatlaşdırılması üzrə nəzəri və təcrübi kurslar keçiriləcək

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları və Mədəniyyət və Turizm nazirliklərinin mütəxəssisləri kitabxana fəaliyyətinin avtomatlaşdırılması üzrə nəzəri və təcrübi kurslar aparacaq. Bu barədə çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

"Kitabxanaların elektron resurslarının idarə olunması" mövzusunda treninqlər Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilir.

Kurslar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın Tədbirlər Planının II bölməsinə uyğun olaraq təşkil olunub.
Dövlət proqramında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni dəyərlərin çoxtərəfli istifadəsi imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, Azərbaycan kitabxanalarının dünya informasiya məkanına çıxışının təminatına imkan yaradan tədbirlərdən bəhs olunur.

Layihənin gerçəkləşməsi kitabxana işçilərindən sənəd-məlumat resurslarının yaradılmasında təşəbbüslər, kitabxana-biblioqrafiya metodları və informasiya xidmətinin mənimsənilməsini tələb edir.

C.Cabbarlı adına kitabxanada təşkil olunmuş treninqlər respublikanın aparıcı kitabxanalarının elektron resursları üzrə mütəxəsisslər tərəfindən aparılır. Tədbir zamanı Gəncə və Sumqayıtın mərkəzi kitabxanalarının avtomatlaşdırılması üzrə təcrübə nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti