...

"Nar Mobile" xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirib

Telekommunikasiya Materials 18 Mart 2011 14:50 (UTC +04:00)
"Nar Mobile"-ın təşəbbüsü ilə 2011-ci il mart 17-də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib. Şənlik "Marlin" Bakı Delfinariyasında təşkil olunub.
"Nar Mobile" xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirib

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Nar Mobile"-ın təşəbbüsü ilə 2011-ci il mart 17-də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib. Şənlik "Marlin" Bakı Delfinariyasında təşkil olunub.

"Nar Mobile" Bakı şəhərində yerləşən bir neçə uşaq evindən gəlmiş 300-dən çox balacanı uşaqların ən sevimli əyləncə məkanlarından biri olan delfinariyada bir araya toplayaraq, onlara sevinc dolu unudulmaz anlar bəxş edib. Delfinlərin və müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə keçirilən tədbir çox rəngarəng və maraqlı alınıb. Tədbirin sonunda isə uşaqlara Novruz sovqatı - bayram şirniyyatları və digər dadlı təamlar təqdim edilib.

Sosial layihələri ilə seçilən "Nar Mobile" ölkəmizin gələcəyi olan uşaqları hər zaman diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir. Sosial müdafiəyə ehtiyacı olan uşaqları dəstəkləmək, onlar üçün daima yeni-yeni tədbir və aksiyalar keçirmək "Azerfon" MMC-nin Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi olaraq, "Nar Mobile" brendi 2010-cu ildə "Xalqın seçimi" nominasiyasında mükafata layiq görülüb.

Xəbər lenti

Xəbər lenti