...

"Microsoft Azerbaijan" proqram təminatının leqallaşdırılması üzrə seminar təşkil edir

Telekommunikasiya Materials 28 Mart 2011 15:28 (UTC +04:00)
"Microsoft Azerbaijan" Bakıda "Proqram təminatının leqallaşdırılması. Texniki xüsusiyyətlər" mövzusunda seminar təşkil edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətdən bildirilib.
"Microsoft Azerbaijan" proqram təminatının leqallaşdırılması üzrə seminar təşkil edir

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/

"Microsoft Azerbaijan" Bakıda "Proqram təminatının leqallaşdırılması. Texniki xüsusiyyətlər" mövzusunda seminar təşkil edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətdən bildirilib.

Martın 30-da keçiriləcək seminarın işində leqal proqram təminatına keçidin hüquqi və texniki aspektləri müzakirə ediləcək.

Dövlət təşkilatlarının və özəl sektorun iri müəssisələrinin nümayəndələri proqram təminatının leqallaşdırılmasının texniki xüsusiyyətləri barədə məlumatlandırılacaqlar. Seminar iştirakçıları "Microsoft"un proqram təminatının leqal əsasa köçürülməsi prosesinin texniki aspektləri haqqında bütün lazımi məlumatı əldə edəcəklər.

Seminarın keçirilməsi ilə bağlı qərar lisenziyalaşdırılmış proqram təminatına, xüsusilə dövlət sektorunda artan tələbatla əlaqədardır.

Bundan əvvəl "Microsoft Azerbaijan" nümayəndələyinin rəhbəri Teymur Axundovun Trend-ə bildirdiyi kimi, "Microsoft"un Azərbaycanda ofisi açıldığı andan ölkədə lisenziyalı məhsulun satışı 5-6 dəfə artıb.

Onun sözlərinə görə, bazarın potensialı həm "Microsoft"un gələcək biznesinin inkişafı, həm də əqli mülkiyyət sahəsində işləyən digər şirkətlər üçün böyükdür.

Leqal məhsulun xalq kütləsi arasında yayılmasına gəldikdə, bu məqsədlə bilavasitə adi istifadəçilərə yönələn "Xalq kompüteri" layihəsi təşəbbüsü irəli sürülüb. Layihənin əsas məqsədi son istifadəçilərə leqal proqram təminatında nəzərdə tutulan güzəştli şərtlərlə və əlverişli qiymətlərlə yüksəkkeyfiyyətli texnikadan istifadə imkanının verilməsindən ibarətdir.

Martın 28-nə olan vəziyyətə görə, "Xalq kompüteri" layihəsi çərçivəsində 12 mindən çox fərdi kompüter satılıb.

Xəbər lenti

Xəbər lenti