...

Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan konfrans keçiriləcək

Telekommunikasiya Materials 25 Aprel 2011 13:20 (UTC +04:00)
Sabah Bakıda "IT-IP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Müəllif Hüquqları Agentliyindən bildirilib.
Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan konfrans keçiriləcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H.Vəliyev/

Sabah Bakıda "IT-IP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Müəllif Hüquqları Agentliyindən bildirilib.

Tədbir hər il aprelin 26-da qeyd olunan Beynəlxalq Əqli Mülkiyyət Gününə (World Intellectual Property Day) həsr olunub.

Tədbirin təşkilatçıları Müəllif Hüquqları Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Konfransın işində tanınmış elm xadimləri, millət vəkilləri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Konfransda informasiya texnologiyaları və əqli mülkiyyət, yeni biliklər və onların qorunması məsələləri ilə yanaşı, Azərbaycana məxsus olan əqli mülkiyyətin, eləcə də maddi və qeyri-maddi irsin oğurlanması, mənimsənilməsi, bu sahədə tarixi saxtakarlıqlar və uydurmalar geniş müzakirə olunacaq.

Konfransda ediləcək bütün məruzələr on-line rejimdə Agentliyin /www.copag.gov.az/ və Rabitə və İnformasiya Nazirliyinin /www.mincom.gov.az/ saytları vasitəsilə internetdə yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti