...

Azercell və Bakcell yaxın günlərdə 3G lisenziyası ala bilərlər - nazir

Telekommunikasiya Materials 16 İyul 2011 11:49 (UTC +04:00)
"Azercell" və "Bakcell" şirkətlərinə 3G standartında xidmətlərin göstərilməsi üçün lisenziya ən yaxın günlərdə verilə bilər.
Azercell və Bakcell yaxın günlərdə 3G lisenziyası ala bilərlər - nazir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatorları "Azercell" və "Bakcell" şirkətlərinə 3G standartında xidmətlərin göstərilməsi üçün lisenziya ən yaxın günlərdə verilə bilər. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu operatorlara lisenziyaların verilməsi prosesi son mərhələdədir və operatorlar yalnız bəzi mühüm olmayan texniki məsələləri həll etməlidirlər. Bundan sonra onların lisenziya almaq üçün təqdim etdikləri sənədlər bütün tələblərə cavab verəcək.

"Lisenziya bu operatorlara artıq yaxın günlərdə, son halda bir həftəyə verilə bilər", - nazir deyib.

Hazırda Azərbaycanda üç mobil rabitə operatoru - Azercell, Bakcell və Azerfon fəaliyyət göstərir. Yalnız Azerfon 3G xidmətlərinin göstərilməsi üzrə lisenziyaya malikdir.

Xəbər lenti

Xəbər lenti