...

Azərbaycan ITU TelecomWorld 2011 ümumdünya sərgi-konfransında təmsil olunacaq

Telekommunikasiya Materials 27 Avqust 2011 12:13 (UTC +04:00)
Azərbaycan oktyabrın 24-dən 27-dək Cenevrədə keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Ümumdünya telekommunikasiya texnologiyaları, avadanlıqları və xidmətləri ixtisaslaşdırılmış sərgi-konfransında milli pavilyonla təmsil olunacaq.
Azərbaycan ITU TelecomWorld 2011 ümumdünya sərgi-konfransında təmsil olunacaq

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan oktyabrın 24-dən 27-dək Cenevrədə keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Ümumdünya telekommunikasiya texnologiyaları, avadanlıqları və xidmətləri ixtisaslaşdırılmış sərgi-konfransında milli pavilyonla təmsil olunacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü ITU-nun məlumatında deyilir.

Pavilyonun işinin əsas məqsədi Azərbaycan iqtisadiyyatının işıqlandırılması, telekommunikasiya və yeni texnologiyalar sahəsində ən yeni texniki sistemlərin təqdimatıdır.

ITU TelecomWorld 2011 sərgisi dünyanın hər yerindən telekommunikasiya və informasiya texnologiyaları sektorunun dövlət, beynəlxalq və yerli şirkətlərin nümayəndələrini bir yerə toplayan böyük hadisədir.

Tədbirdə nazirlərin, şirkət rəhbərlərinin, telekommunikasiya texnologiyaları sahəsində ekspertlərin iştirakı gözlənilir.

Tədbirin proqramında mərkəzi yeri innovasiyalar, diapozonlar, genişzolaqlı çıxış və kibertəhlükəsizlik biznesi kimi sahələrin əsas mövzuları üzrə biliklərin mübadiləsi ilə bağlı debatların və müzakirələrin keçirilməsi tutur.

TelecomWorld 2011 sərgisinin keçirilməsi Telecom-un ilk sərgisinin təşkilinin 40 illiyinə təsadüf edir.

Xəbər lenti

Xəbər lenti