...

COMSTECH-in növbəti iclası Bakıda keçiriləcək

Telekommunikasiya Materials 21 Sentyabr 2011 16:51 (UTC +04:00)
İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
COMSTECH-in növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir H.Vəliyev/

"BakuTel-2011" 17-ci Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı (23-26 noyabr) çərçivəsində İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu iclasda iştirak etmək üçün Bakıya gələcək.

Azərbaycan 2008-ci ildə COMSTECH İcraiyyə Komitəsinin üzvü seçilib.

Sərginin işində yüksəkvəzifəli şəxslərin iştirakı gözlənilir. Sərginin sahəsi üç dəfə genişləndiriləcək, iştirakçıların sayının da bir o qədər artacağı gözlənilir.

Sərgidə bu il ilk dəfə olaraq İKT sektoru ilə yanaşı, əyləncə sahəsi də geniş təqdim olunacaq. Nazirlik yerli və xarici şirkətlərin tədbirdə iştirakını təşviq etmək üçün onlarla sıx əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti