...

"Azercell" və B&BTV 3G üçün tezliklərin aiddiyyatı məsələsini aydınlaşdırmağa davam edirlər

Telekommunikasiya Materials 4 Noyabr 2011 21:05 (UTC +04:00)
B&BTV şirkəti (kabel televiziyası operatoru) Dövlət Radiotezliklər üzrə Komissiyanın 3G standartında xidmət göstərmək üçün "Azercell" şirkətinə (mobil rabitə operatoru) verdiyi tezliklərin saxlanması üzrə məhkəminin qərarını təqdim etməyib.
"Azercell" və B&BTV 3G üçün tezliklərin aiddiyyatı məsələsini aydınlaşdırmağa davam edirlər

Azərbaycan, Bakı, 4 noyabr /Trend müxbir H. Vəliyev/

B&BTV şirkəti (kabel televiziyası operatoru) Dövlət Radiotezliklər üzrə Komissiyanın 3G standartında xidmət göstərmək üçün "Azercell" şirkətinə (mobil rabitə operatoru) verdiyi tezliklərin saxlanması üzrə məhkəminin qərarını təqdim etməyib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Azercell" şirkətinin rəhbəri Əli Ağan deyib.

Əvvəllər Dövlət Komissiyası hazırda B&BTV-nin balansında olan 2100 meqahers tezliklərinin 3G standartında xidmət göstərmək üçün mobil rabitə operatoruna verilməsi barədə qərar çıxarıb.

Maraqlıdır ki, şirkət tezlik spektrinin azad edilməsinin başa çatmasına iki gün qalmış (27 oktyabr) məhkəmə instansiyasına müraciət edir və bundan sonra bu məhkəmənin heç bir qərarini təqdim etmir. "Azercell" rəhbəri deyib.

Şirkət kabel operatoru süni maneələr yaratdığına görə tezlikləri ala bilmir. Ağan deyib.

"Telekommunikasiya standartları rabitəsi Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) tərəfindən müəyyən edilir. Hazırda B&BTV-nin idarəsində olan tezlik spektri və hansıki istifadə edilmir indi mobil rabitə operatorlarının xidmət göstərdiyi 3G standartı altında ITU-ya ayrılıb" , - Ağan deyib.

Bununla yanaşı, "Azercell" rəhbəri qeyd edib ki, tezliklırin ötürülməsinə görə B&BTV ödəniş tələb edir. O, məbləği açıqlamadı. Onun böyük olduğunu bildirdi. Lakin sonradan B&BTV bu məbləğdən imtina etdi, ahlbuki "Azercell" ona görə ödəniş etməyə hazır olduğunu bildirmişdi. Ağan deyib.

Bununla yanaşı, Ağan qeyd edib ki, xarici şirkətin cəlb edilməsi ilə tezlik 2100 meqahersdə analiz edilib və müəyyən edilib ki, o istifadə edilmir.

Xəbər lenti

Xəbər lenti