...

"Bakcell" Azərbaycan mobil rabitə bazarında rəqabətliyi artırmaq niyyətindədir

Telekommunikasiya Materials 23 Noyabr 2011 17:39 (UTC +04:00)
"Bakcell" şirkəti 3G şəbəkəsini kommersiya istismarına işə saldıqdan (şəbəkə bu gün səhər işə salınıb) sonra üç saat ərzində istifadəçilərin sayı 10 min nəfəri ötüb.
"Bakcell" Azərbaycan mobil rabitə bazarında rəqabətliyi artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir H.Vəliyev/

"Bakcell" şirkəti 3G şəbəkəsini kommersiya istismarına işə saldıqdan (şəbəkə bu gün səhər işə salınıb) sonra üç saat ərzində istifadəçilərin sayı 10 min nəfəri ötüb. Bu barədə çərşənbə günü Trend-ə "Bakcell"in baş kommersiya direktoru Krasimir Genov məlumat verib.

Onun sözlərinə görə, şirkət 3G xidmətlərindən istifadə üçün artıq sabaha qədər 100 min istifadəçini cəlb etməyi planlaşdırır.

"Biz abunəçilərə SMS-məlumat göndərərək onları 3G-yə qoşulmaq imkanı barədə məlumatlandırırıq. "Bakcell"in 3G şəbəkəsində məlumatötürmənin minimal sürəti 3,5 Mbit/s təşkil edir, pik vaxtında isə 19,7 Mbit/s-ə çatır", - o deyib.

Genov bildirib ki, 3G şəbəkəsinin tətbiqi ilə məlumatötürmə üzrə yeni xidmətlər paketi yaranacaq.

"Açıq rəqabət həmişə istehlakçıların maraqlarının xeyrinə işləyir və bununla bağlı əlaqədar ya çox sayda xidmətlər göstərilir, ya da qiymətlər aşağı düşür. Biz münasib qiymətlər üzrə əlavə xidmətlər təqdim etməyi düşünürük. Bu da Azərbaycanda mobil rabitə bazarında rəqabətə gətirib çıxaracaq", - Genov deyib.

Xəbər lenti

Xəbər lenti