...

Azərbaycanın ilk peyk proqramının ilkin dəyəri açıqlanıb

Telekommunikasiya Materials 25 Noyabr 2011 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın ilk peyk proqramının ümumi dəyəri təxminən 250 milyon dollar təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, dəqiq rəqəm sığorta müqaviləsinin imzalanmasından sonra məlum olacaq.

"Artıq Bakıda yerüstü peyk stansiyası idarəsinin tikintisi üzrə işlər başlanıb, Naxçıvan MR-in ərazisində yerləşək ikinci stansiyanın tikintisinə isə 2012-ci ilin yanvarından başlanacaq", - Nəbiyev deyib.

İlk peykin 2012-ci ilin sonunda orbitə çıxarılacağı gözlənilir.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək.

Xəbər lenti

Xəbər lenti