...

Azərbaycanın İT şirkəti "Təhlükəsiz region" sisteminin yaradılmasını başa çatdırıb

Telekommunikasiya Materials 29 Noyabr 2011 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti "İDRAK Technology Transfer" "Təhlükəsiz region" sisteminin yaradılması üzrə işləri yekunlaşdırıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətin vitse-presidenti Ayaz Cəfərov məlumat verib.

Onun sözlərinə görə, sistem daha çox güc strukturlarına istiqamətlənib və Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin fəaliyyətləri zamanı tətbiq edilə bilər. O, həmçinin Səhiyyə Nazirlyində və s. də tətbiq edilə bilər.

"Təhlükəsiz region" sistemi dövlət idarələrində hadisələrin gedişatı mərkəzinin yaradılmasını nəzərdə tutur. Bura müvafiq informasiya daxil olacaq və onun əsasında operativ tədbirlər görülə bilər", - Cəfərov bildirib.

"Təhlükəsiz region" sisteminə üzün tanınmasının biometrik texnologiyası da daxil edilib ki, bu da sistemin axtarışda olan insanı öz hərəkət sərhədində müəyyən etməsindən dərhal sonra operativ informasiya almağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti