...

Azərbaycanın internet-provayderi ofisin qarət olunması barədə məlumatı təkzib edib

Telekommunikasiya Materials 27 Dekabr 2011 20:48 (UTC +04:00)
CONNECT cinayətkarların şirkətin ofisinə girməsi haqqında yayılan məlumatları təkzib edib.
Azərbaycanın internet-provayderi ofisin qarət olunması barədə məlumatı təkzib edib

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycanın internet-servis-provayderi və kabel televiziyası xidmətləri təchizatçısı CONNECT cinayətkarların şirkətin ofisinə girməsi haqqında yayılan məlumatları təkzib edib. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən məlumat veriblər.

Şirkətin məlumatına görə, son günlər mətbuatda dekabrın 16-da saat 04:00 radələrində Bakı şəhəri, X.Məmmədov küçəsində yerləşən məişət avadanlıqlarının satışı ilə məşğul olan mağazaya basqın olması və şirkətin ofisindən müəyyən miqdarda pul vəsaitinin oğurlanması barədə xəbərlər həqiqətəuyğun deyil.

Məlumatda deyilir ki, mağaza CONNECT-in ofisi deyil, sadəcə şirkətə aid olan məhsulların bir hissəsinin satışı ilə məşğul olur və oradan oğurlanmış pul vəsaiti CONNECT şirkətinə deyil, mağaza sahibinə aiddir.

Xəbər lenti

Xəbər lenti