...

Nar Mobile yeni "Nar Dünyası" xidmət mərkəzini açmaqla abunəçilərini Yeni İl münasibətilə təbrik etdi (FOTO)

Telekommunikasiya Materials 28 Dekabr 2011 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Dekabr ayında Nar Mobile tərəfindən Bakı və bölgələrdə yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirildi.

22-27 dekabr tarixlərində Mingəçevir, Kürdəmir, Xaçmaz şəhərlərində və Bakı şəhəri F.Agayev küç. 14 ünvanında (Bakı Dövlət Universitetinin yanında) Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzləri açılmışdır.

Yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış tədbirində qonaqları salamlayan Nar Mobile-ın Korporativ Kommunikasiyalar Şöbəsinin rəhbəri Elşad Fərzəliyev bütün abunəçiləri qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. "Nar Mobile adından bütün xalqımızı təbirk edir, Yeni İldə hər kəsə möhkəm can sağlığı, yeni uğurlar və bol-bol xoş xəbər arzu edirik. Qoy bütün abunəçilər xoş xəbərlərini Nar Mobile vasitəsilə bölüşsünlər!"

Açılış mərasimi zamanı, "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular, yüksək sürətli mobil internet bağlantısından canlı istifadə etdilər.

Hazırda Bakı şəhərində Nar Mobile tərəfindən təqdim edilən 11 yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdə isə 26 yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri olmaqla da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.

Xəbər lenti

Xəbər lenti