...

Azərbaycanda sosial sahədə elektron xidmətlərin tətbiqi sürətləndiriləcək

Telekommunikasiya Materials 20 Aprel 2012 16:02 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərin 11 növünün rəsmi internet resurslara tam inteqrasiyası üçün texniki hazırlığı başa çatdırır.
Azərbaycanda sosial sahədə elektron xidmətlərin tətbiqi sürətləndiriləcək

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərin 11 növünün rəsmi internet resurslara tam inteqrasiyası üçün texniki hazırlığı başa çatdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin birinci rübün yekunlarına həsr olunmuş iclasında Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bildirib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov elektron xidmətlərin tətbiqi ilə bağlı işlərin sürətləndirilməsinə dair konkret tapşırıqlar verib.

Sultanov Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində görülən işlər barədə məlumat verib.

"Hazırda artıq aşağıdakı elektron xidmətlər fəaliyyət göstərir: "Ünvanlı sosial yardımların verilməsi üçün еlektron müraciətlər", "Dövlət məşğulluq xidməti vasitəsilə iş axtarılması", "Sosial müavinətlərin və təqaüdlərin hesablanması üçün sosial kalkulyator", - şöbə müdiri bildirib. - Bunlarla yanaşı, 2011-ci ilin avqustundan 2012-ci il aprelin 1-dək onlayn rejimdə 1003 müraciət daxil olub və onlara nazirliyin müvafiq şöbələri tərəfindən baxılıb".

VS (videokonfranslar) sistemi vasitəsilə müxtəlif regionlarda yaşayan vətəndaşların məsafədən qəbulu təmin edilir.

"Hazırda Gəncə, Göyçay və Qusarda fəaliyyət göstərən VS sistemlərinin gələcəkdə 30 rayonda tətbiqi planlaşdırılır", - Sultanov deyib.

Xəbər lenti

Xəbər lenti