...

Azərbaycanın kabel operatoru Bakıda rəqəmsal televiziyanın genişləndirilməsi üçün tezliklər alacaq

Telekommunikasiya Materials 30 Noyabr 2012 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir H.Vəliyev /

Kabel televiziyası operatoru "B&BTV Communications" Bakıda DVB-T rəqəmsal televiziyasının genişləndirilməsi üçün tezliklərin alınması haqqında ilkin razılığa nail olub. Bu barədə şirkətin Marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov cümə günü Trend-ə bildirib.

Mahmudovun sözlərinə görə, rəqəmsal televiziya standartının genişləndirilməsi üçün desimetrlik tezliklər lazımdır.

"Tezliklərin alınması barədə şirkətin müraciətinə müvafiq instansiyalar tərəfindən baxılıb və onların alınmasına dair Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ilkin razılıq əldə olunub. Ölçmə işləri keçirilib. Sənədli rəsmiləşdirmə üzrə prosedurların bu ilin dekabrında və ya gələn ilin yanvarında başa çatacağını güman edirik. Bundan sonra rəqəmsal televiziyanın genişləndirilməsi üzrə işlərə başlamaq mümkün olacaq", - Mahmudov deyib.

Şirkət hamı üçün əlçatan olacaq sosial paketin təqdim edilməsini planlaşdırır. Ticarət əsasında isə əsasən baza və genişləndirilmiş baza paketləri, eləcə də istehlakçıların maraqlarına uyğun olaraq ayrı-ayrı yeni dar ixtisaslaşdırılmış paketlər (məntiq, idman kanalları, filmlər və başqaları) veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti