...

Bakcell-in şəbəkəsində nömrələrin daşınması xidməti pulsuz olacaq

Telekommunikasiya Materials 1 Dekabr 2012 13:11 (UTC +04:00)
Bakcell mobil rabitə operatorunun şəbəkəsində nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) pulsuz olacaq.
Bakcell-in şəbəkəsində nömrələrin daşınması xidməti pulsuz olacaq

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir H.Vəliyev/

Bakcell mobil rabitə operatorunun şəbəkəsində nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) pulsuz olacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə şənbə günü Bakcell-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Süheyla Cəfərova bildirib.

Onun sözlərinə görə, bir şəbəkədən digərinə miqrasiyanın müddəti altı gün çəkəcək.

"Xidmət çərçivəsində nəzərdə tutulan aspektlərdən biri abunəçinin hansı şəbəkəyə zənglər edəcəyi haqqında bildirişdir. Çünki şəbəkədaxili zənglərin və başqa operatorların şəbəkələrinə zənglərin dəyəri fərqlənir. Abunəçilərin bildirişinin əsas məqsədi ondan ibarətdir ki, abunəçi başqa operatorların şəbəkələrində zənglər edərkən xərclərə hazır olsun", - Cəfərova deyib.

Nömrələrin daşınması xidmətinin tətbiqinin üstünlüyü ondadır ki, abunəçi seçmə hüququ əldə edir və bu, həmçinin müvafiq olaraq, operatorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxarır.

MNP xidməti üzrə işçi qrupun üzvü Emin Əsgərsoyun sözlərinə görə, başqa operatorların şəbəkəsinə miqrasiya zamanı SİM kartların dəyişdirilməsi tələb olunur.

"Lakin bu xidmət Data kartlarda istifadə olunan SİM kartlar üçün əlçatan deyil", - Əsgərsoy bildirib.

Qaydalara əsasən, xidmətdən təkrar istifadə üç aydan sonra mümkün olacaq.

"Bununla yanaşı, layihədə əhəmiyyətli məqam ondan ibarətdir ki, abunəçi başqa operatorun şəbəkəsinə yığılmış borclarla keçə bilməz, əks halda xidmətin göstərilməsindən imtina olunacaq", - Əsgərsoy qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti